Azərbaycanın stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council’s Youth Cup” beynəlxalq turnirinin qalibi olublar.
Futbolinfo.az xəbər verir ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yarışda etimadı doğruldublar.
U-13 yaş dərəcəsində mübarizə aparan idmançılar bütün rəqiblərinə qalib gələrək baş mükafatı qazanıblar.
Qeyd edək ki, seçmə komandamız beynəlxalq yarışa 16 idmançı ilə qatılıb. Riqa sınaqlarına sabah yekun vurulacaq.