Misli Premyer Liqasında 11-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu günə 2 oyun nəzərdə tutulub.
Əvvəlcə “Araz-Naxçıvan” “Zirə”ni qəbul edib. Qonaqların uzun müddət hesabda öndə olduğu görüşdə naxçıvanlılar penalti qolu ilə məğlubiyyətdən qaçmağı bacarıb. Yenilməzlik seriyasını davam etdirən muxtar respublika təmsilçisi liderlər qrupundakı mövqeyini möhkəmlədib.
Günün digər oyunu “Səbail”lə “Sumqayıt” arasında keçiriləcək.
Xatırladaq ki, turun ilk oyununda “Turan Tovuz” “Kəpəz”i 2:1 hesabıyla məğlub edib. “Sabah” – “Neftçi” və “Qarabağ” – “Şamaxı” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
11-ci tur
26 oktyabr
“Araz-Naxçıvan” – “Zirə” 1:1
Qollar: Georgi Papunaşvili, 31 (0:1). Felipe Santos, 89-p. (1:1).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
“Liv Bona Dea Arena”.
Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 17. İssuf Paro, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.
Zirə: 97. Tyaqo Silva, 7. Məqsəd İsayev, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato (k), 10. Georgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 21. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 22. İldar Ələkbərov, 5. Stefan Akka, 90. Davit Volkov, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 24. Yusuf Laval, 18. Junior Martins, 17. Ayron Qomis.
Baş məşqçi: Rəşad Sadıqov.