Misli Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun gününün digər oyunu “Səbail”lə “Sumqayıt” arasında baş tutub.

Qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, turun ilk oyununda “Turan Tovuz” “Kəpəz”i 2:1 hesabıyla məğlub edib. “Araz-Naxçıvan”la “Zirə” arasındakı görüşdə isə qalib müəyyənləşməyib – 1:1. “Sabah” – “Neftçi” və “Qarabağ” – “Şamaxı” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası
11-ci tur

26 oktyabr

“Səbail” – “Sumqayıt” 0:1
Qol: Silvanus Nimeli, 51.
Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, Elvin Bayramov.
“ASCO Arena”. Saat 18:30.

Səbail: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 10. David Qomis, 8. Qorka Larruçea, 44. Amir Bilali, 3. Dmitri Litvin, 7. Madi Keta, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 21. Ayman Buali.
Baş məşqçi: Şahin Diniyev.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 95. Miloş Miloviç, 99. Silvanus Nimeli, 23. Cordan Rezabala, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın, 20. Ayxan Süleymanlı, 21. Nihat Əhmədzadə, 24. Sənan Muradlı, 11. Fernando Da Silva, 12. Georgi Xaraişvili, 9. Nikola Vuynoviç, 77. Cəsurbek Cəloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.

Shares: