2023/24 mövsümündən etibarən Peşəkar Futbol Liqası “Ayın qolu” layihəsinə start verib.


Futbolinfo.az xəbər verir ki, layihə çərçivəsində ayın ən gözəl qolunu vurmuş futbolçu PFL və “Misli” tərəfindən mükafatlara layiq görülür.

PFL-in “feysbuk” sosial şəbəkəsində keçirilən müsabiqədə azarkeşlər tərəfindən cari mövsümün sentyabr ayının ən gözəl qolu “Araz-Naxçıvan”ın oyunçusu Bernardo Diasın “Kəpəz”ə vurdugu qol seçilib. Futbolçu bu gün keçirilən “Araz-Naxçıvan” – “Zirə” oyunundan əvvəl Peşəkar Futbol Liqası və “Misli” tərəfindən mükafatlandırılıb.

Mükafat Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov tərəfindən təqdim olunub.

Shares: