“Rəqibimiz mənim basketbol həyatımda görmədiyim 3 xallıq atış faizi ilə oynadı”.

Futbolinfo.az xəbər verir ki, bunu “Şəki” basketbol klubunun baş məşqçisi Bedri Meriç “Ordu”ya qarşı Azərbaycan Basketbol Liqasının 2-ci turunun görüşündən sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis məğlub olduqları üçün məyus olduqlarını bildirib:

“Məğlub olduğumuz üçün məyusuq. Rəqibimiz mənim basketbol həyatımda görmədiyim 3 xallıq atış faizi ilə oynadı. 75 faiz 3 xallıq atışlar dəqiq oldu. Onlarda Rüstəm Əliyev yerli oyunçu kimi dəqiq 3 xallıq atışlar etdi. ABŞ-lı legionerləri Brendon Takeri də matçın qırılma nöqtəsində əsas söz sahibi oldu. Amma biz də müdafiədə çoxlu səhvlərə yol verdik. Komandamız yeni olduğu üçün bunu məşqlərlə düzəltməyə ehtiyacımız var. Məşqləri müdafiə üzərindən quracağıq. İnşallah, “Sumqayıt”la ev oyunumuzda daha yaxşı “Şəki” görəcəyik”.

“Ordu” – “Şəki” qarşılaşması birincilərin 104:84 hesablı qələbəsi ilə yekunlaşıb.

Shares: