Voleybol üzrə ölkə kubokunda kişi voleybolçular mübarizəyə başlayıblar.

Futbolinfo.az xəbər verir ki, bu gün iki oyun baş tutub.

A qrupunda yer alan “Gənclər” və “Neftçi” komandaları GİN-in Voleybol Mərkəzində üz-üzə gəliblər. Bu oyun “Neftçi”nin quru hesablı qələbəsi ilə yekunlaşıb.

FHN-in İdman zalında keçirilən qarşılaşma isə “Xilasedici” və “Murov Az Terminal” klubları arasında olub. “Xilasedici” hər 3 setdə rəqibindən güclü olub.

Növbəti qarşılaşmalar oktyabrın 29-da baş tutacaq. Həmin gün A qrupunda mübarizə aparan “Gənclər” klubu Sumqayıtda “Azərrey”lə, B qrupunda yer alan “Xilasedici” isə GİN-nin Voleybol Mərkəzində MOİK-lə üz-üzə gələcək.

26 oktyabr

A qrupu
“Gənclər” – “Neftçi” – 0:3 (16:25, 12:25, 10:25)

B qrupu
“Xilasedici” – “Murov Az Terminal” – 3:0 (25:17, 25:23, 25:21)

Shares: