Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.

“Sabah” paytaxt derbisində “Neftçi”ni qəbul edəcək. Turun son oyununda isə çempion “Qarabağ” “Şamaxı”nı qəbul edəcək.

Daha öncə keçirilmiş “Araz-Naxçıvan” – “Zirə” oyununda (1:1) qalib müəyyənləşməyib. “Turan Tovuz” “Kəpəz”ə evdə (2:1), “Sumqayıt” isə “Səbail”ə səfərdə (1:0) qalib gəlib.

Misli Premyer Liqası
11-ci tur

27 oktyabr

“Sabah” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Əli Əliyev.
“Bank Respublika Arena”. Saat 17:00.

“Qarabağ” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Namik Hüseynov, Müslüm Əliyev, Nicat İsmayıllı.
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19:00.

Shares: