Bu gün Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, son olaraq iki oyun keçiriləcək.

Günün ilk matçında “Neftçi” “Sabah”la üz-üzə gələcək. Bu qarşılaşma saat 12:30-da start götürəcək.

Tura “Gəncə” – “Quba” görüşü ilə yekun vurulacaq. Bu oyun saat 14:00-da başlayacaq.

2-ci turda “Naxçıvan” NTD-ni (72:71), “Lənkəran” “Sumqayıt”ı (93:71), “Ordu” “Şəki”ni (104:84), “Sərhədçi” isə “Abşeron”nu (79:70) məğlub edib.

Shares: