Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, turun son oyununda çempion “Qarabağ” “Şamaxı”nı qəbul edib.

Ağdam təmsilçisi bu oyunda darmadağına sevinib.

ğ

Daha öncə keçirilmiş “Sabah” – “Neftçi” (0:0) və “Araz-Naxçıvan” – “Zirə” oyunlarında (1:1) qalib müəyyənləşməyib. “Turan Tovuz” “Kəpəz”ə evdə (2:1), “Sumqayıt” isə “Səbail”ə səfərdə (1:0) qalib gəlib.

Misli Premyer Liqası
11-ci tur

27 oktyabr

“Qarabağ” – “Şamaxı” 3:0
Qollar: Toral Bayramov, 50-pen. Redon Cica, 66. Yassin Benzya, 84.
Hakimlər: Cavid Cəlilov, Namik Hüseynov, Müslüm Əliyev, Nicat İsmayıllı.
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19:00.

Qarabağ: 97. Fabian Buntiç, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə (k), 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 6. Julio Romao, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 2. Mateus Silva, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
Şamaxı: 1. Rikardo Fernandes, 60. Səbayıl Bağırov, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Georgi Kantariya, 9. Belaydi Pusi.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 13. Ramin Əhmədov, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke, 66. Vasili Bakiç.
Baş məşqçi: Ayxan Abbasov.

Shares: