Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda Kiprin “Parnassos Strovolu” komandasına qarşı keçirdiyi ikinci oyunda qələbə qazanıb.

Futbolinfo.az xəbər verir ki, Kür Olimpiya Tədris-İdman Mərkəzində baş tutan qarşılaşma Azərbaycan klubunun 32:29 hesablı üstünlüyü ilə başa çatıb.

Komada bu qələbədən sonra Avro Kubokunun 3-cü raunduna vəsiqə əldə edib.

Komandalar arasında ilk oyun “Kür”ün 35:31 hesablı qələbəsi ilə nəticələnmişdi.

Shares: