Misli Premyer Liqasının 11-ci turunda mövsümün antirekordu qeydə alınıb.

Futbolinfo.az saytının məlumatına görə, “Araz-Naxçıvan” – “Zirə” oyununu cəmi 80 azarkeş izləyib. Bu, cari mövsüm ən az fanatın toplaşdığı qarşılaşma olub.

İndiyə qədər də antirekord “Araz-Naxçıvan”a məxsus idi. Naxçıvan təmsilçisinin 6-cı turda “Kəpəz”lə ev matçına 100 nəfər toplaşmışdı. Muxtar respublikanı unudub Mərdəkanı özünə doğma məkan seçən komandanın aqibəti elə bu cür olmalı idi.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Zirə” oyunu 1:1 hesabı ilə yekunlaşıb.

Shares: