Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start veriləcək.

İlk oyun günündə bir görüş keçiriləcək. “Turan Tovuz” doğma meydanda II Liqa təmsilçisi “Hypers Quba” ilə üz-üzə gələcək.

Qarşılaşma Tovuz şəhər stadionunda, saat 20:00-da başlayacaq. Matçı Əkbər Əhmədovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Cütün qalibi 1/8 finalda “Sabah”a rəqib olacaq.

Azərbaycan Kuboku

II təsnifat mərhələsi

20:00. “Turan Tovuz” – “Hypers Quba”

Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.

Hakim-inspektor: Gülağa Cabarov.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Tovuz şəhər stadionu.

Qeyd edək ki, II təsnifat mərhələsinin digər görüşləri oktyabrın 29-31-də gerçəkləşəcək.

Shares: