“Barselona” Rafinyaya yeni müqavilə təklif edəcək. Klub rəhbərliyi onun çıxışından razıdır.

Futbolinfo.az xəbər verir ki, sabiq baş məşqçi Xavi Ernandesin satılmasını istədiyi cinah hücumçusu indi komandanın liderinə çevrilib. Hansi Flik ona güvənir və braziliyalı da ümidi doğruldur.

27 yaşlı futbolçunun mövcud müqaviləsi 2027-ci ilin yayına qədərdir. 2022-ci ildə “Lids”dən 58 milyon avroya transfer edilən Rafinyaya anlaşmanın daha 2 illik uzadılması təklif ediləcək.

Shares: