Mats Hummels qışda yeni kluba keçmək istəyir. Alman müdafiəçi Avropada klub tapa bilməyəcəyi halda MLS-ə üz tutacaq.

Futbolinfo.az xəbər verir ki, 35 yaşlı oyunçu “Roma”dakı durumundan razı deyil. Yayda Dortmund “Borussiya”sını azad agent kimi tərk edərək İtaliyaya yollanan təcrübəli futbolçu seçiminə görə məyus olub. A Seriyasında debüt etməyən Mats bunu özünə hörmətsizlik sayır.

Hummels artıq klub rəhbərliyinə qışda buraxılması üçün müraciət edib. O, müqaviləsinin qarşılıqlı razılıqla pozulmasını istəyir.

Maraqlıdır ki, Hummels yalnız son turda ilk dəfə “Roma” forması geyib. “Fiorentina” ilə səfər matçında (1:5) 67-ci dəqiqədə meydana çıxan alman müdafiəçi 4 dəqiqə sonra avtoqol edib.

Shares: