“Latsio” Nunu Tavareşi heyətində saxlamaq istəyir. Romalılar 24 yaşlı portuqaliyalının oyunundan məmnundur.

Futbolinfo.az xəbər verir ki, “Arsenal”dan bir illik icarəyə götürülən sol cinah müdafiəçisi A Seriyasında meydana çıxdığı 7 oyunda 7 məhsuldar ötürmə verib. Bu səbəbdən “Latsio” onun müqaviləsindəki satınalma bəndindən yararlanmaq niyyətindədir.

Anlaşmaya görə, İtaliya klubu 5 milyon avro ödəməklə futbolçunun transfer hüququna sahib ola bilər. “Arsenal” gələcək satışdan isə 30 faiz qazanacaq.

Shares: