Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Kanadanın Halifaks şəhərində keçirilmiş “Skate Canada International” adlı qran pridə beşinci yeri tutub.

Bu barədə Futbolinfo.az-a Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, qısa və sərbəst proqram üzrə çıxış edib.

Təmsilçimiz 12 idmançının qatıldığı yarışda 222.90 xal toplayıb.

Shares: