Formula 1 üzrə dünya çempionatının 20-ci mərhələsi geridə qalıb. Meksikada baş tutan qran-pri “Ferrari”nin triumfu ilə başa çatıb. Şənbə günü təsnifatda ən yaxşı olan Karlos Sayns yarışı da qalib kimi tamamlayıb.
Startda mövqeyini itirməsinə baxmayaraq ispan sürücü tezliklə liderliyi yenidən geri alıb. İlk dövrələrin ən maraqlı hadisəsi Sayns, Ferstappen, Norris və Lekler arasında keçib. Qaydaları pozduğuna görə Maksa 20 saniyəlik cərimə verilib. Bu da onun mövqeyinə ciddi təsir edib.
Geriyə düşməsinə baxmayaraq, niderlandlı sürücü 6-cı yeri tutmağı bacarıb. Lando Norris isə ikinci olub. Podiumun son pilləsi “Ferrari”nin digər pilotu Şarl Leklerə qismət olub.
Bu mərhələdən sonra həm Mühəndislər Kuboku, həm də fərdi çempionatda vəziyyət bir qədər də gərginləşib. Ferstappnelə Norris arasında fərq 47-yə enib. “Ferrari” isə “Red Bull”u qabaqlayaraq ikinci pilləyə qalxıb.