MBA-da bu gecə 5 oyun baş tutub.

İndianada “Filadelfiya Siksers” mövsümdə ilk qələbəsini qazanıb. Əsas vaxt heç-heçə başa çatdığına görə komandalar overtaym keçirmək məcburiyyətində qalıb – 114:118. Qonaq komandada Maksi 45 xal toplayıb.

“Bruklin Nets” evdə “Miluoki Baks”ı 115:102 hesabı ilə məğlubiyyətə uğradıb. Mövsümə elə də yaxşı başlamayan Yannis oyunu 22 xalla tamamlayıb.

“Portlend Treyl Bleyzers” “Nyu Orlean Pelikans” üzərində qələbə qazanıb – 125:103.

“Oklahoma Siti Tanders” doğma arenada Atlanta komandası üzərində 128:104 hesablı qələbə qazanıb. Şey Gilgs Aleksandra tripl-dabl etməyə bir asist çatmayıb (35+11+9).

Gecənin son oyunu Qərbdə baş tutub. “Qolden Steyt Vorriors” “Los Anceles Klippers”ə uduzub – 104:112.

Shares: