Yeni Zelandiya pilotu Liam Louson Meksika Qran Prisində ötmə zamanı “Red Bull” sürücüsü Serxio Peresdən narazılığını göstərmək qərarına gəlib.

Yarışın əvvəlində Pereslə Louson arasında gərgin mübarizə gedib. Meksikalı sürücü hücum edərək onu yolun kənarına itələyib, lakin RB sürücüsü təslim olmayaraq trassa qayıdıb. Bundan sonrakı mübarizə zamanı Louson Peresin avtomobilini zədələyib. Peresin bolidinin sağ tərəfdəki pontonu xəsarət alıb. Louson daha sonra pit-stopdan qayıtdıqda Peresi ötərkən ona barmaq göstərib.

Qeyd edək ki, təmas zamanındakı epizodda hər iki sürücü bir-birinin hərəkətindən narazı qalıb. Stüardlar isə hadisəni cərimə vermədən yarış insidenti kimi qəbul ediblər.

Shares: