Bu mövsüm ATP-500 turnirlərində ən çox xala görə bonus alacaq 5 tennisçinin adı məlum olub. Builki ATP 500 bonus məbləği 1.340.000 dollardır.
Məbləğ 2024-cü ildə bu kateqoriyada ən çox xal toplayan beş oyunçu arasında bölüşdürüləcək. Məlumatı ATP-nin rəsmi saytı yayıb.
Saytda yazılan məlumata görə, bölgü belə olacaq:
Dünyanın 20-ci raketkasi, fransız tennisçi Artur Fiss – 615 min dollar.
ATP reytinqinin lideri italyan Yannik Sinner – 310 min dollar.
Avstraliyalı Aleks de Minor (ATP reytinqində 10-cu) – 205 min dollar.
Dünyanın 18-ci raketkasi, britaniyalı Cek Dreyper – 130 min dollar.
Fransız tennisçi Uqo Umber – 80.000 dollar.