Misli Premyer Liqasında XIV turun oyun cədvəli məlum olub.

Futbolinfo.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, matçlar 3 günü əhatə edəcək.

Qarşılaşmalardan ikisi Tovuzda reallaşacaq. Belə ki, “Kəpəz” və “Turan Tovuz” rəqiblərini Tovuz şəhər stadionunda qəbul edəcək.

Misli Premyer Liqası
XIV tur
22 noyabr (cümə)

17:00. “Kəpəz” – “Araz-Naxçıvan”
Tovuz şəhər stadionu

23 noyabr (şənbə)

17:00. “Səbail” – “Qarabağ”
“ASCO Arena”

19:00. “Neftçi” – “Zirə”
“Neftçi Arena”

24 noyabr (bazar)

17:00. “Turan Tovuz” – “Sabah”
Tovuz şəhər stadionu

19:00. “Sumqayıt” – “Şamaxı”
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Shares: