“McLaren”in direktoru Zek Braun, Karlos Saynsın Meksika qran-prisində qələbəsindən sonra “Ferrari” komandasının ənənəvi şəkilçəkdirmə mərasimində iştirak etmək qərarına gələrək son anda kadra soxulmaqla “fotobomba” adlandırılan hadisəyə səbəb olub.

Buna cavab olaraq Karlos Sayns Lando Norrisin ikinci yeri tutmasını qeyd edən “McLaren” komandasının prosedurunda iştirak edib. Qran-prinin qalibi də son anda kadra daxil olub və bundan sonra 2019-2020-ci illərdə çıxış etdiyi keçmiş komandasının əməkdaşlarını salamlayıb.

Xatırladaq ki, Sayns və Norrislə birlikdə Meksika qran-prisində digər “Ferrari” təmsilçisi Şarl Lekler də podiuma yüksəlib.

b38a263a 7da2 4922 948b 76778939fa45 - Futbolinfo.az
Shares: