“Araz-Naxçıvan”ın futbolçusu Sezar Meza Kolli futbolinfo.az saytına müsahibə verib. O, ölkəmizə 5-ci dəfə qayıdışından və Misli Premyer Liqasının 11-ci turunda “Zirə”yə (1:1) qarşı keçirdikləri matçdan danışıb.
– Yenidən Azərbaycan çempionatında meydana çıxdın. “Zirə” ilə matç haqqında düşüncələrin necədir?
– Çox yaxşı oyun oldu. Bizim komanda xarakter göstərdi. Hər kəsi buna görə təbrik edirəm. Sona qədərə meydanda mübarizə apardıq. Bu cür işləməyə və oynamağa davam etməliyik. Mövsümün sonuna qədər hələ çox yolumuz var.
– Bura qayıtdıqdan sonra ikinci oyununu məhz sabiq komandan “Zirə”yə qarşı keçirdin. Maraqlı idi?
– Məncə, maraqlı idi. Burada hər oyun bizim üçün vacibdir. Mövsümün sonuna qədər yaxşı çıxış etmək məcburiyyətindəyik. Bura qayıtmağıma gəlincə, çox şadam. Yaxşı çalışıb özümü göstərməliyəm. Komandama, komanda yoldaşlarıma kömək etmək üçün əlimdən gələni etməliyəm.
– 1:1 hesablı heç-heçəni necə qiymətləndirirsən?
– Yaxşı matç oldu. Fikrimcə, biz bunu haqq edirdik. Açığı, daha yaxşısına layiq olduğumuzu düşünürəm. Amma yenə də uduzduğumuz matçdan bir xalla ayrıldıq. Təbii ki, bu da bizim üçün yaxşı nəticədir.
– Matçda qəribə penalti təyin edildi. Sənin düşüncələrin necədir?
– Yüz faiz penalti idi. Məncə, burada başqa sual ola bilməz.
– Cəmi 20 dəqiqə meydanda oldun. Daha çox oynayacağına, vacib futbolçuya çevriləcəyinə inanırsan?
– Mən çox çalışmağın vacib olduğunu bilirəm. Komanda yoldaşlarıma dəstək olmaq üçün burdayam. Mövsümün sonuna hələ çox var. İnanıram ki, əziyyətim öz bəhrəsini verəcək. Həm mən, həm komandamız hədəfimizə doğru gedəcəyik. Buna inanram və komandama güvənirəm.
ABBAS