İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqa tarixində ən çox qol vuran futbolçular siyahısında səkkizinci yerə yüksəlib.
Futbolinfo.az xəbər verir ki, hücumçu bunu 9-cu turda “Arsenal”a qarşı oyunda (2:2) gerçəkləşdirib.
Qarşılaşmanın 81-ci dəqiqəsində fərqlənən futbolçu Premyer Liqada 163-cü qoluna imza atıb. Beləliklə, misirli İngiltərə çempionatında ən çox qol vuran futbolçular siyahısında Robbi Faulerlə eyni – 8-ci pillədə yer alıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında ən çox qol vuran futbolçuların siyahısına “Nyukasl” klubunun sabiq hücumçusu Alan Şirer (260) başçılıq edir. Hazırda “Bavariya”nın formasını geyinən Harri Keyn (213) ikincidir. İlk “üçlüy”ü “Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi (208) qapayır.