İngiltərənin “Arsenal” klubunun hücumçusu Bukayo Saka Tyerri Anrinin rekordunu qırıb.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı vinger bunu ölkə çempionatının 9-cu turunda “Liverpul”la oyunda (2:2) reallaşdırıb.

Qarşılaşmanın 9-cu dəqiqəsində fərqlənən Saka “Arsenal”ın Premyer Liqada 50 qol vuran ən gənc futbolçusu ünvanına yiyələnib. Matç zamanı o, 23 yaş 52 günündə olub.

B.Saka bu göstəriciyə 24 yaş 128 günündə çatan T.Anrini qabaqlayıb. Lakin hücumçuya bunu reallaşdırmaq üçün 178 oyun lazım olub. Sabiq futbolçu isə bunu cəmi 83 oyunda həyata keçirib.

Qeyd edək ki, daha əvvəl 50 qol həddinə ən tez çatan (79 oyun) “Arsenal”ın sabiq qabonlu hücumçusu Pyer-Emerik Obameyanq olub.

Shares: