“Real”ın prezidenti Florentino Peres İspaniya La Liqasının 11-ci turunda “Barselona”ya uduzduqdan (0:4) sonra yeni qapıçı almağa hazırlaşır. Bu barədə “Realmadridexclusivo” xəbər verir.

Tibo Kurtuanın zədəsi səbəbindən El-Klassikoda Andrey Lunin qapını qoruyub. Mənbənin sözlərinə görə, matçın uğursuz nəticəsi Peresin yeni qapıçı alması qərarına səbəb olub. Namizədlərdən biri “Lill”in qapıçısı Luka Şevalyerdi.

“Real” La Liqada 11 turdan sonra 24 xalla ikincidir. Karlo Ançelottinin yetirmələri “Barselona”dan 6 xal geri qalır.

Shares: