Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi cavab oyununun hakim təyinatları açıqlanıb.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 29-da Vizelada baş tutacaq görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

29 oktyabr
23:45. Portuqaliya – Azərbaycan
Hakimlər: Şona Şukrula, Martina Boer, Eşli de Haan, Yulia van Es
VAR hakimləri: Yoxem Kampuis, Edvin van de Qraaf (hamısı Niderland)
Hakim-inspektor: Marta Frias Asedo (İspaniya)
UEFA nümayəndəsi: Sabine Bonnin (Fransa)
Vizela stadionu

Shares: