Ağdamda cüdo üzrə uşaq və yeniyetmələr arasında​ rayon birinciliyi keçirilib.

Turnirin açılış mərasimində​ şəhidlərimizin​ əziz xatirəsi​ bir dəqiqəlik sükutla​ yad​ edilib. Daha sonra yarışda müvafiq​ çəki​ dərəcələri​ üzrə 52 cüdoçu qalib adı uğrunda mübarizə aparıb.

Sonda qalib​ idmançılar​ Qarabağ Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarlaa və Ağdam UGİŞM tərəfindən medallarla təltif​ olunublar. Fəxri kürsünün ilk pilləsində qərar tutan tatami ustaları respublika birinciliyində iştirak etmək hüququ əldə ediblər.

BƏHRUZ MUSAYEV

78ae0860 4d39 47ff b297 454b31303938 - Futbolinfo.az
Shares: