Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

“Turan Tovuz” doğma meydanda 2-ci Liqa təmsilçisi “Hypers Quba” ilə üz-üzə gəlib.

Tovuz şəhər stadionunda keçirilən matçı Əkbər Əhmədovun başçılıq etdiyi hakimlər briqadası idarə edib. 

Bol qollu matçda meydan sahibləri darmadağına seviniblər. “Turan Tovuz” 1/8 finalda “Sabah”a rəqib olacaq.

Mərhələnin digər görüşləri oktyabrın 29-31-də gerçəkləşəcək.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi

28 oktyabr

“Turan Tovuz” – “Hypers Quba” 7:2
Qollar: Ramil Əhmədov, 12-avtoqol. Ayxan Hüseynov, 17; 25.  Aleks Souza, 38; 39. Sadiq Quliyev, 56. Nahid Əliyev, 60 – İlqar Ələkbərov, 64, 68.
Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu.

Shares: