İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli ölkəsinin “Cenoa” klubuna keçib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı hücumçu yeni komandasına azad agent kimi qoşulub.
Balotelli İtaliyada “İnter”, “Milan”, İngiltərədə “Mançester Siti” və “Liverpul” klublarında forma geyinib. O İtaliya millisinin heyətində 36 oyunda 14 qol vurub. Marionun sonuncu iş yeri Türkiyənin “Adana Dəmirspor” klubu olub.