Səudiyyə Ərəbistanı yığmasının yeni baş məşqçisi müəyyənləşib. Gözlənildiyi kimi, bu post Herve Renara tapşırılıb.
Futbolinfo.az xəbər verir ki, 56 yaşlı fransalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, ötən həftə istefaya göndərilən Roberto Mançinini əvəzləyəcək.
Renar 2019-23 illərdə Səudiyyə Ərəbistanı millisinə rəhbərlik edib. Son Dünya Çempionatında turnirin gələcək qalibi olan Argentinanın sensasion məğlubiyyəti məhz onun əl işi idi.
Bir sıra Afria yığmalarında işləyən, önəmli uğurlar qazanan Renar Fransa klublarında da çalışıb.