Mövsümün ən məhsuldar futbolçusuna təqdim edilən Herd Müller mükafatının qalibi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, 2023/24 mövsümünün yekunlarına əsasən mükafatın iki qalibi olub.

Bunlar “Bayern”in hücumçusu Harri Keyn və “Real”ın forvardı Kilian Mbappedir. Hər iki forvard klub səviyyəsində mövsüm ərzində 44 dəfə fərqləniblər. Mbapppe bunu 48, Keyn isə 45 matçda bacarıb.

Xatırladaq ki, ötən mövsüm mükafatı Erlin Haland, 2021 və 2022-ci illərdə isə Robert Levandovski qazanıb.

Shares: