Qadınlardan ibarət Portuqaliya millisinin baş məşqçisi Fransisku Netu Avropa çempionatının pley-off mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək cavab görüşü barədə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis ilk oyundakı 4:1 hesablı qələbəyə baxmayaraq, ciddiyəti itirməməyin vacib olduğunu bildirib.

Netu tarix yazmaq üçün meydana çıxacaqlarını söyləyib: “Kontekstdən və azarkeşlərdən asılı olmayaraq, məsuliyyətin həmişə çox yüksək olduğunu hiss edirik. Azərbaycanla oyun futbolçularımız üçün xarakter və şəxsiyyətə sahib olma mübarizəsidir. Həmçinin yeni tarix yazmaq baxımından fürsətdir. İstənilən matça yaxşı başlamaq vacibdir. Xüsusən də ilk 15 dəqiqədə ya qol vurmalı, ya da buraxmamalısan. Azərbaycanda ciddilik həlledici rol oynadı. Ancaq burada sıfırdan başlayacağıq. Qızlar eyni məqsəd üçün meydana çıxmalı, güclü və diqqətli olmalıdırlar. Belə olarsa, işlər asanlaşar”.

Qeyd edək ki, bu gün Vizelada keçiriləcək Portuqaliya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Shares: