Qadın futbolçulardan ibarət Portuqaliya millisinin kapitanı Dolores Silva Avropa çempionatının pley-off mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək oyun barədə danışıb.

Futbolinfo.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi hədəflərinin final mərhələsinə vəsiqə qazanmaq olduğunu söyləyib.

Silva bugünkü görüşə qələbə üçün çıxacaqlarını bildirib: “Yaxşı performansla qalib gəlmək istəyirik. Millinin oyunçularının mentalitetində ambisiya həmişə var. Son iki Avropa çempionatında iştirak etmək yenidən orada olmaq məsuliyyətini daşıyır. Biz Portuqaliya üçün bu uğuru yenidən əldə etmək istəyirik. Tarix yazmağa davam etmək niyyətndəyik”.

Qeyd edək ki, bu gün Vizelada keçiriləcək Portuqaliya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bakıdakı ilk matçda qonaqlar 4:1 hesablı qələbə qazanıb.

Shares: