“France Football” nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi “Qızıl top” mükafatının sahibi bəlli olub.

Futbolinfo.az xəbər verir ki, təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdəki Şatle teatrında keçirilib.

Beləliklə Rodri (“Mançester Siti”) ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

50619e57 69fd 463e a857 dbf935793024 - Futbolinfo.az

Qeyd edək ki, “Qızıl top”un son qalibi 2023-cü ildə Argentina millisinin və ABŞ-ın “İnter Mayami” komandasının üzvü Lionel Messi olub.

“Barselona”nın yarımmüdafiəçisi Aytana Bonmati də 2023/24 mövsümünün yekununa əsasən qadınlar arasında “Qızıl top”un sahibi olub. 

ff61b0a0 9655 482d a648 50b9adbc1d3f - Futbolinfo.az
Shares: