“Real” sosial şəbəkələrdə 600 milyon izləyiciyə çatan ilk klub olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Madrid təmsilçisi futbol, basketbol, ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionu və digər kateqoriyalarla bağlı müxtəlif platformalarda 37 hesablarının olduğunu açıqlayıb. Səhifələrin 7 dildə fəaliyyət göstərdiyi bildirilib.
Qeyd edək ki, “Real” komandası hazırda La Liqada 24 xalla ikinci pillədədir.