MBA-da ilin ən yaxşı məşqçisi adına namizədlərin əmsalları açıqlanıb.
Bukmekerlərin fikrincə, JJ Redik ilin məşqçisi adına əsas namizəddir. Analitikləri “Los Anceles Leykers”in baş məşqçisinin qələbəsi üçün ən aşağı əmsalları verirlər.
Redikdən sonra “Orlando Mecik”in baş məşqçisi Camal Moseley və “Boston”dan Co Mazzulla gəlir. Onlardan sonrakı yerdə isə “Memfis Qrizliz”ə rəhbərlik edən Teylor Cenkinsdir.
Xatırladaq ki, Milli Basketbol Assosiasiyasının cari mövsümünün startında “Los-Anceles Leykers” klubu Redikin rəhbərliyi altında üç qələbə qazanıb və bir məğlubiyyətlə üzləşib.