Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov yeniyetmələrə “ustad dərsi” keçəcək.

Futbolinfo.az xəbər verir ki, dünya və Avropa çempionatlarının qızıl mükafatçısı Azərbaycan Taekvondo Federasiyanın məşq zalında 6 yaşdan 16 yaşa qədər parataekvondoçulara “ustad dərsi” keçəcək.

Təlim oktyabrın 30-da, saat 16:30-da başlayacaq.

“Ustad dərsi” zamanı parataekvondonun fəlsəfəsi, fundamental texnikalar, fəndlərin yerinə yetirilməsi də daxil olmaqla müxtəlif mövzular əhatə olunacaq.

Shares: