“Kəpəz” və “Araz-Naxçıvan” futbol üzrə Azərbaycan Kubokunda 1/8 finala vəsiqə qazanıblar.

Futbolinfo.az xəbər verir ki, komandalar 2-ci təsnifat mərhələsində müvafiq olaraq “Ağdaş” və “Şahdağ Qusar”la üz-üzə gəliblər.

Gəncə təmsilçisi rəqibini 6:0, Naxçıvan klubu isə 4:0 hesabı ilə üstələyib.

“Kəpəz” növbəti raundda “İmişli” – “Cəbrayıl” cütünün, “Araz-Naxçıvan” isə “Mingəçevir” – “Zaqatala” duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, günün ilk matçında “Turan Tovuz” klubu dünən “Hypers Quba”nı 7:2 hesabı ilə üstələyib. Günün ilk matçında MOİK “Şimal”a qalib gəlib – 3:1.

Bu gün Premyer Liqa klublarından “Səbail” isə “Dinamo” ilə üz-üzə gələcək. Bu raundun digər matçları oktyabrın 30-31-də gerçəkləşəcək.

“Şahdağ Qusar” – “Araz-Naxçıvan” 0:4
Qollar: Sənan Ağalarov, 19; 49. Bernardo Dias 45. Elcan Məmmədov 81.

“Ağdaş” – “Kəpəz” 0:6
Qollar: Lassana Ndiaye, 10. Karim Lkuça 17-pen; 42, Tural Rzayev, 21; 60. Nicat Məmmədov 63.

Shares: