Avroliqada müntəzəm çempionatın 6 oyunu keçirilib. İstanbulda lider “Barselona” “Anadolu Efes”i məğlubiyyətə uğradıb – 97:88. İlk dəqiqələrdən üstünlüyü ələ alan qonaqlar meydan sahiblərinin dönüş etməsinə imkan verməyiblər. Oktyabr ayının ən yaxşı oyunçularından sayılan Kevin Panter görüşü 20 xalla tamamlayıb.

Şəhərin digər səmtində “Fənərbağça” “Makkabi”dən üstün olub – 84:82. Ənənəyə sadiq qalaraq İstanbul komandası bu dəfə də oyuna zəif başlayıb. Lakin son periodda rəqibin müqavimətini qırmaq mümkün olub. Naycel Eys Devisin aktivində 20 xal var.

Debütant “Paris” səfərdə “Alba”ya 92:83 hesabı ilə qalib gəlib. Yunanıstanda “Olimpiakos” Madrid “Real”ını məğlubiyyətə uğradıb – 79:69. Vezenkov görüşü 23 xalla tamamlayıb.

Gün İtaliya komandaları üçün uğursuz alınıb. Milan səfərdə “Baskoniya”ya 83:88, “Virtus” isə evdə “Bayern”ə 84:87 hesabı ilə məğlub olub.

Shares: