Futzal üzrə Azərbaycan millisi noyabrın 3-dən 6-dək Bosniya və Herseqovinada təlim-məşq toplanışında olacaq, ayın 4-də və 5-də adıçəkilən ölkənin yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, oktyabrın 31-dən noyabrın 2-dək Bakıda məşq edəcək komandanın heyəti müəyyənləşib.

Baş məşqçi Vitali Borisov düşərgəyə 14 futzalçı dəvət edib:

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Kamran Hacıyev (“Baku Fire)

Oyunçular: Xəzər Ağalızadə, Ülvi Əliyev, Nurlan Məmmədov, Emil Həsənzadə (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Oktay Rüstəmli, Murad Quluzadə, Fərid Abbasov (hamısı “Baku Fire”), Seymur Məmmədov, Eldar Zeynalov, Mirzə Əmirov (hamısı “Neftçi” İK), İlham Alıyev (“Şuşa”).

Shares: