AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasında XI turunun 2 oyunu ilə bağlı qərarlar verilib.

“Turan Tovuz” – “Kəpəz” görüşündə hər iki komandanın 5 futbolçusu sarı vərəqə alıb. Bu, qərb klublarının hərəsinin 700 manat cərimələnməsinə səbəb olub. Qarşılaşma bitdikdən sonra hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə alan “Kəpəz”in futbolçusu Dioqo Verdaska 1 oyunluq cəzalandırılıb, klubunu 500 manat ziyana salıb.

“Səbail” və “Sumqayıt” klubları da 700 manatlıq cərimə ödəməli olacaqlar. Çünki bir-birləri ilə matçda hər iki tərəfin 5 üzvü sarı vərəqə alıb.

Shares: