“Real”ın müdafiəçi axtarışı davam edir. Madridlilər indi də Emerik Laporta müştəri düşüb.

Futbolinfo.az xəbər verir ki, Kral klubu Səudiyyə Ərəbistanında “Əl Nəsr”in formasını geyən mərkəz müdafiəçisini qışda sıralarında qatmaq niyyətindədir (Diario SPORT). Ərəb ölkəsində xoşbəxt olmayan fransız əsilli ispaniyalı da bu transferin əleyhinə deyil.

Amma 30 yaşlı futbolçunun transfer haqqı 20 milyondur. Ərəblər 2023-cü ilin yayında “Mançester Siti”dən27,5 milyon avroya aldıqları Laportu asanlıqla buraxmayacaq. İlyarımlıq müqaviləsi qalan Emerikin maaşı da yüksəkdir və bütün bunlar “Real”ı başqa alternativlər axtarmağa məcbur edə bilər.

Shares: