Aleksander İsak “Nyukasl”da xoşbəxt deyil. O, rəhbərlikdən yayda transferə çıxarılmasını xahiş edib.

Futbolinfo.az xəbər verir ki, İsveç yığmasının 25 yaşlı hücumçusu daha iddialı klubda çıxış etmək istəyir. Bu səbəbdən o, gələn təkliflərdən birini dəyərləndrmək niyyətindədir.

2022-ci ildə “Real Sosyedad”dan 75 milyon avroya transfer edilən İsak dəyərini itirməyib. Bu üzdən 3,5 illik müqaviləsi qalan oyunçunu yaxşı qiymətə satmaq mümkündür. “Sağsağanlar” getmək istəyən oyunçunu saxlamayacaq, lakin qəti qərar yayda veriləcək.

Shares: