“Red Bull” komandasının məsləhətçisi Helmut Markonun sözlərinə görə, İnterlaqosda Maks Ferstappenin avtomobilindəki mühərriki dəyişdirmək lazım olacaq. Bu səbəbdən də komanda cərimə üzündən startda mövqelərini itirmək imkanlarını nəzərdən keçirir.
Mexikoda keçirilən son mərhələdə “Red Bull Racing” hazırkı dünya çempionunun avtomobilində mühərriki əvvəllər istifadə edilənlərdən biri ilə əvəz etmişdi.
Helmut Marko: “Maksın maşınına Mexikoda qoyulan mühərrik artıq yarışda istifadə oluna bilməz. Son mərhələdə düzlükdə rəqiblərimizə 3-8 km/saat sürətlə uduzduğumuzu gördük.
Sao Pauloda mühərrikin dəyişdirilməsi az itki ilə nəticələnir, çünki ötmək nisbətən asandır”.