Noyabrın 1-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə 18 yaşa qədər yeniyetmə qızlar arasında ACF Kuboku keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, turnirdə 8 çəki dərəcəsində təxminən 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq.

Bu il ərzində ümumilikdə üç belə turnirin keçirilməsi nəzərdə tutulur. Yarışların nəticəsinə əsasən formalaşacaq reytinq siyahısında ilk yerləri tutan idmançılar yeniyetmə qızlardan ibarət milli yığma komandasının tərkibinə daxil ediləcək.

Qarşılaşmalar Hövsan qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutacaq.

Shares: