Tacikistanın 17 yaşadək futbolçulardan ibarət yığmasının yarımmüdafiəçisi Məhəmməd Nəzriyev bir oyunda vurulan qolların sayına görə yeni rekorda imza atıb.

Futbolinfo.az xəbər verir ki, 16 yaşlı futbolçu bunu 2025-ci ildə keçiriləcək Asiya Kubokunun seçmə mərhələsində evdə Quam yığmasını 33:0 hesabı ilə məğlub etdikləri oyunda reallaşdırıb.

Qollardan 14-nə müəlliflik edən M.Nəzriyev FIFA-ya daxil olan federasiyaları təmsil edən millilər arasında bir matç ərzində vurulan qolların sayına görə rekord müəyyənləşdirib.

Əvvəlki rekord avstraliyalı futbolçu Arçi Tompsona məxsus idi. O, 2001-ci ildə Amerika Samoasına qarşı oyunda (33:0) 13 qol vurmuşdu.

J qrupunda Quam, Oman və Sinqapur yığmaları ilə mübarizə aparan Tacikistan 9 xalla liderdir.

Shares: