“Sabah” FIBA Avropa Kubokunda növbəti oyununda da məğlub olub.

Futbolinfo.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv G qrupunda Belçika təmsilçisi “Spiru”ya 68:78 hesabı ilə uduzub.

Görüş Bakı İdman Sarayında baş tutub.

Komandalar arasında ilk matçda da belçikalılar doğma meydanda 82:81 hesabı ilə qələbə qazanmışdılar. Azərbaycan təmsilçisi həmçinin evdə “Marussi”yə (Yunanıstan) 70:82, “Norrçepinq Dolfins”ə (İsveç) 70:74 hesabı ilə uduzub.

Shares: