“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevin köməkçisi Cavid Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhəridə “Elite Falcons Football Club” tərəfindən təşkil olunan “Blue Crow Cup 2024” beynəlxalq turnirində iştirak edir.
Futbolinfo.az xəbər verir ki, 2005, 2006 və 2007-ci il təvəllüdlü futbolçular arasında keçirilən turnirdə əsasən Afrikadan olan istedadlı futbolçular mübarizə aparırlar.
3 gün davam edəcək işgüzar səfərin sonunda Cavid Hüseynov hazırladığı hesabatı klub rəhbərliyinə və baş məşqçiyə təqdim edəcək.
Bir çox istedadlı futbolçunun kəşf olunduğu turniri tanınmış klubların məşqçi və skaut heyətləri yaxından izləyirlər.