Qadınlardan ibarət Portuqaliya yığmasının yarımmüdafiəçisi Tatiana Pintu Avropa çempionatının pley-off mərhələsində Azərbaycan millisinə qarşı keçirilən oyunu dəyərləndirib.

Futbolinfo.az saytının məlumatına görə, 30 yaşlı futbolçu 4:0 hesabı ilə qalib gəldikləri matçı üstün keçirdiklərini bildirib.

Pintu bunun davamını gətirməyin vacibliyini vurğulayıb: “Azərbaycan üzərində qələbə qazanmaqla İsveçrədə keçiriləcək AVRO-2025-ə qatılmaq yolunda mühüm addım atdıq. Amma bu qalibiyyətlər final mərhələsində iştiraka zəmanət verilmir. Qarşıda Çexiya ilə çox vacib pley-off matçımız var. İşlər yaxşı gedir, tarix yazırıq, rekordlar qırırıq. Burada və klublarımızda hər gün bunun üçün çalışırıq. İndi bu rekordu davam etdirmək üçün Çexiya ilə qarşıdakı matçlar barədə düşünməliyik”.

Qeyd edək ki, iki oyunun cəmində millimizi 8:1 (4:1, 4:0) hesabı ilə üstələyən Portuqaliya ikinci pley-offda Çexiya ilə qarşılaşacaq.

Shares: